Şagirdlərimizin Azərbaycan Respublikası Mərkəzi Bankının təşkilatçılığı ilə keçirilən “Rəqəmsal Dünyada Təhlükəsiz Ödənişlər” tədbirində uğurlu çıxışı

3 aprel 2025-ci il tarixində məktəbimizin VII və VIII sinif şagirdlərindən ibarət komanda Azərbaycan Respublikası Mərkəzi Bankının təşkilatçılığı ilə keçirilən “Rəqəmsal Dünyada Təhlükəsiz Ödənişlər” adlı tədbirdə iştirak etmişdir. Tədbirin əsas məqsədi məktəblilərin rəqəmsal maliyyə savadlılığının artırılması və təhlükəsiz ödəniş sistemləri barədə maarifləndirilməsi olmuşdur.
Şagirdlər tədbirdə öz layihə işlərini təqdim edərək rəqəmsal ödənişlər sahəsində innovativ yanaşmalarını nümayiş etdirmiş, həmyaşıdları və mütəxəssislərlə fikir mübadiləsi aparmışlar. Onların təşəbbüskar və yaradıcı yanaşmaları tədbir iştirakçıları tərəfindən yüksək qiymətləndirilmişdir.
Komandaya mentorluq edən müəllim Ceyhun Sadızadənin rəhbərliyi ilə hazırlanan layihə tədbirin əsas məqamlarından biri olmuşdur. Tədbirin sonunda şagirdlər və mentor müəllim sertifikat və xatirə hədiyyələri ilə təltif olunmuşlar.
Məktəb rəhbərliyi komandamızı bu uğurlu çıxış münasibətilə təbrik edir və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayır!