"Yurdumuza Bahar Gəlir" adlı tədbir keçirildi

Bakı şəhəri 28 nömrəli tam orta məktəbində Novruz bayramına həsr olunmuş "Yurdumuza Bahar Gəlir" adlı tədbir keçirildi. Bayram tədbiri Bahar qızının gəlişi ilə rəsmi şəkildə açıq elan edildi.
Tədbir çərçivəsində Novruzun əsas atributları və çərşənbələri haqqında geniş məlumat verildi. Şagirdlər tərəfindən "Tonqal" rəqsi, "Fincan-fincan" oyunu və "Səməni" rəqsi nümayiş etdirildi. Kosa və Keçəlin gəlişi tədbirə xüsusi rəng qataraq şagirdlərin bayram sevincini daha da artırdı.
Bayramın əsas rituallarından olan yumurta döyüşü təşkil olundu və şagirdlər arasında "Ən gözəl xonça və rəsm" müsabiqəsi keçirildi. Münsiflər heyəti tərəfindən qaliblər müəyyən edilərək dəyərli hədiyyələrlə mükafatlandırıldılar.
Məktəb rəhbərliyi və müəllimlər Novruz bayramının milli-mənəvi dəyərlərimizin qorunmasında və gələcək nəsillərə ötürülməsində mühüm rol oynadığını vurğulayaraq, bu cür tədbirlərin davamlı keçiriləcəyini qeyd etdilər.
Bayramınız mübarək!