Təbiət Fənni Üzrə Kiçik Summativ Qiymətləndirmə Keçirildi

19 mart tarixində məktəbimizin 9 və 10-cu sinif şagirdləri üçün Cerebry layihəsi çərçivəsində Təbiət fənni üzrə Kiçik Summativ Qiymətləndirmə təşkil olundu.
Bu qiymətləndirmənin əsas məqsədi şagirdlərin riyaziyyat və təbiət fənləri üzrə səriştə əsaslı tapşırıqları rəqəmsal formada yerinə yetirmək bacarıqlarını inkişaf etdirmək, əldə etdikləri bilikləri real həyatda tətbiq etmə qabiliyyətlərini artırmaq və analitik düşüncə tərzlərini gücləndirməkdən ibarətdir.
Cerebry layihəsi çərçivəsində keçirilən bu qiymətləndirmə şagirdlərin bilik və bacarıqlarının müasir yanaşmalar əsasında qiymətləndirilməsinə şərait yaratmaqla yanaşı, onların müstəqil düşünmə və problemlərin həllinə yaradıcı yanaşma bacarıqlarını daha da təkmilləşdirir.
Məktəbimizin şagirdləri qiymətləndirmədə yüksək fəallıq nümayiş etdirmiş, verilən tapşırıqları diqqətlə icra etmişlər. Belə layihələrin həyata keçirilməsi şagirdlərin akademik və şəxsi inkişafına mühüm töhfə verir.
Məktəb rəhbərliyi və müəllim heyəti Cerebry layihəsinin təşkilatçılarına təşəkkürünü bildirir və şagirdlərimizə gələcək bilik sınaqlarında uğurlar arzulayır!