Məktəbimizdə Tanınmış Şairə və Bəstəkar Xanım İsmayılqızı ilə Görüş Keçirildi

Bakı şəhəri  28 nömrəli tam orta məktəbdə tanınmış şairə və bəstəkar Xanım İsmayılqızı ilə görüş təşkil olunmuşdur. Tədbiri məktəbin direktoru Qənirə Əmircanova açaraq, Xanım İsmayılqızının yaradıcılığı və ədəbiyyatımıza verdiyi töhfələr barədə dəyərli fikirlərini bölüşmüşdür.  

Tədbir çərçivəsində məktəbimizin şagirdləri şairənin qəlboxşayan şeirlərini ifa etmiş, həmçinin "Vətən oğlu" adlı kompozisiyanı təqdim etmişlər. Görüş iştirakçıları Xanım İsmayılqızının öz ifasında səsləndirdiyi şeirlərini dinləmək imkanı əldə etmişlər.  

Eyni zamanda, şairənin yaradıcılığından bəhrələnən müğənnilər tədbirə xüsusi rəng qataraq iştirakçılara xoş əhval-ruhiyyə bəxş etmişlər. Sonda şagirdlərə dəyərli kitab hədiyyələri təqdim olunmuşdur.  

Bu cür görüşlər şagirdlərin ədəbiyyata, poeziyaya və musiqiyə marağının artırılmasına, onların bədii düşüncə və yaradıcılıq bacarıqlarının inkişafına mühüm töhfə verir. Məktəb kollektivi Xanım İsmayılqızına dəyərli görüş üçün təşəkkürünü bildirir və ona yaradıcılıq fəaliyyətində uğurlar arzulayır

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi