4-cü sinif şagirdlərinin Dövlət Bayrağı Muzeyinə ekskursiyası

16 mart 2025-ci il tarixində Bakı şəhəri 28 nömrəli tam orta məktəbin 4A, 4B, 4C, 4D, 4E, 4F və 4G siniflərinin şagirdləri müəllimlərinin müşayiəti ilə Dövlət Bayrağı Muzeyinə ekskursiya ediblər.
Ekskursiya zamanı şagirdlər Azərbaycan Respublikasının dövlət bayrağının tarixi, onun mənası və əhəmiyyəti haqqında ətraflı məlumat əldə ediblər. Onlar muzeyin müxtəlif zal və kolleksiyalarını ziyarət edərək, bayrağın simvolizmi və xalqımız üçün daşıdığı dərin mənalar barədə biliklərini artırıblar. Muzeydə nümayiş etdirilən eksponatlar şagirdlərdə vətənpərvərlik ruhunu gücləndirib və onların milli dəyərlərimizə olan marağını artırıb.
Bu ekskursiya, şagirdlərimizin milli-mənəvi dəyərlərə bağlılığını möhkəmləndirmək və onların tarixi biliklərini daha da zənginləşdirmək baxımından əhəmiyyətli olmuşdur.