DİREKTORYANI MÜŞAVİRƏ KEÇİRİLDİ

Məktəbdə 13 mart 2025-ci il tarixində direktoryanı müşavirə keçirildi. Müşavirədə məktəbin inkişaf planı üzrə çərçivə sənədi əsasında geniş müzakirələr aparıldı.
Təhsilin keyfiyyətinin yüksəldilməsi, şagirdlərin davranışı və davamiyyət məsələləri diqqət mərkəzinə gətirildi. Eyni zamanda, qarşılıqlı dərs dinləmələrinin təşkili və həyata keçirilməsi istiqamətində planlaşdırma aparıldı.
Məktəbin daxili nizam-intizam qaydaları və yeni şagird qaydaları ilə bağlı məsələlərə aydınlıq gətirildi. Görüş zamanı müvafiq istiqamətlərdə lazımi tövsiyələr verildi.