Şagirdlərimizin Olimpiada və Fənn Müsabiqələrində Nailiyyəti

Məktəbimizin şagirdləri elmi biliklərə yiyələnmək və öz intellektual bacarıqlarını nümayiş etdirmək yolunda uğurlarını davam etdirir.
Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadası və Məktəblilərarası fənn müsabiqələrinin rayon (şəhər) turunun nəticələrinə əsasən 21 şagirdimiz yüksək nəticə göstərərək yarımfinal mərhələsinə vəsiqə qazanmışdır.
Bu uğurda əməyi keçən bütün şagirdlərimizi və onların müəllimlərini təbrik edir, qarşıdakı mərhələlərdə yeni nailiyyətlər əldə etmələrini arzulayırıq. Əminik ki, onlar bilik və bacarıqları ilə məktəbimizi layiqincə təmsil edəcək və daha böyük uğurlara imza atacaqlar!
Uğurlar arzulayırıq!