İdmançıların Yarışa Hazırlığına Psixoloji Yanaşma Mövzusunda Dəyirmi Masa

Bakı şəhəri, Sabunçu rayonu 28 nömrəli məktəbdə idmançıların yarışa hazırlığında psixoloji yanaşmanın əhəmiyyətinə həsr olunmuş dəyirmi masa təşkil edilib. Tədbirdə məktəbin psixoloqu, idman müəllimləri və şagirdlər iştirak edib.
Dəyirmi masanın xüsusi qonağı, 4 qat dünya, 5 qat Avropa çempionu Ehtiram Dərişov idmanda qazandığı uğurların sirrini və şəxsi təcrübələrini şagirdlərlə bölüşüb. O, idmanda iradə, motivasiya və psixoloji hazırlığın vacibliyini vurğulayaraq, gənc idmançılara dəyərli tövsiyələr verib.
Məktəbimizin idman sahəsində nailiyyətləri olan şagirdləri də tədbirə dəvət edilib. Onlar öz uğur hekayələrini paylaşaraq digər şagirdlər üçün bir örnək kimi təqdim olunublar. Tədbir zamanı idmanın insan həyatında oynadığı mühüm rol müzakirə edilib, fiziki və psixoloji hazırlığın əhəmiyyəti bir daha vurğulanıb.
Sonda məktəbin direktoru və iştirakçılar xatirə şəkli çəkdiriblər.