28FM dalğası həftəlik yayımını davam etdirir

Həftənin hər cümə günü fəaliyyətini davam etdirən 28FM dalğasında bu həftə məktəbimizin fəal şagirdləri – 4D sinif şagirdi Mələk Hüseynova və 7S sinif şagirdi Afiqə Süleymanova müəllimləri və şagirdləri əlamətdar günlər – 14 fevral Kitabbağışlama Günü, Hərbi Hava Qüvvələri Günü və 1956-cı ildə fəaliyyətə başlayan Azərbaycan Televiziyası Günü münasibətilə təbrik ediblər.
Şagirdlər bu günlərin mahiyyəti barədə ətraflı məlumat verərək dinləyiciləri maarifləndiriblər. Kitabın dəyəri, vətənpərvərlik ruhu və milli televiziya tariximiz haqqında səsləndirilən fikirlər məktəblilər üçün həm maraqlı, həm də öyrədici olub.
28FM dalğası maarifləndirici və maraqlı buraxılışları ilə öz fəaliyyətini davam etdirir!