Məktəbimiz Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Layihəsində İştirak Edib

Məktəbimiz Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Azərbaycanda Plastik Tullantıların Səmərəli İdarə Edilməsinin Təşviqi və İnnovativ Təkrar Emal Həllərinin Tətbiqi" layihəsində fəal iştirak edib. Layihə çərçivəsində 5-ci sinif şagirdləri – 6C, 7C, 7G, 8D, 8E siniflərindən olan şagirdlər təlim prosesinə cəlb olunub və onlara təkrar emalın əhəmiyyəti, ekologiya və ətraf mühitin qorunması barədə məlumat verilib.
Bu prosesdə məktəbimizin direktoru Qənirə Əmircanova, Xəyalə Aslanova, biologiya kafedrasının əməkdaşları İlahə Əhmədova,Elnurə Abdullayeva, Pərvanə Rəşidli və Sevinc Mövlamverdiyeva-ya dərin təşəkkürümüzü bildiririk. Onlar şagirdlərimizin bu mühüm layihəyə qatılmalarını təmin edib, ekoloji biliklərinin artırılmasına böyük dəstək verdilər.
Layihənin sonunda şagirdlərimizə təkrar emal olunmuş məhsul olan ekoçantalar hədiyyə olunub.
Bu cür layihələr gənc nəsildə ekoloji təfəkkürün formalaşmasına və plastik tullantıların idarə edilməsi sahəsində fərqindəliyin artırılmasına böyük töhfə verir.