"Bilbacar" layihəsi çərçivəsində IX və X siniflər arasında müsabiqənin yarış mərhələsi

10 fevral 2025-ci il tarixində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə, "Bilbacar" layihəsi çərçivəsində IX və X siniflər arasında müsabiqənin yarış mərhələsi keçirildi. Müsabiqənin əsas məqsədi şagirdlərin səriştə əsaslı tapşırıqlarla işləmə bacarıqlarını inkişaf etdirmək, onların rəqəmsal platformalarda imtahan vermək vərdişlərini formalaşdırmaq və müvafiq sahədə xüsusilə istedadlı şagirdləri aşkar etməkdir. Eyni zamanda, bu müsabiqə vasitəsilə qabaqcıl məktəblərin müəyyən edilməsi və təhsil sisteminin daha da təkmilləşdirilməsi istiqamətində önəmli addımlar atılır.
Yarışın keçirilməsində məqsəd, şagirdlərin təkcə akademik biliklərini deyil, həm də onların müasir texnologiyalarla işləmə qabiliyyətlərini qiymətləndirməkdir. Bu müsabiqə, həmçinin şagirdlərə öz bacarıqlarını sərbəst şəkildə nümayiş etdirməyə və gələcəkdə təhsil sahəsində daha böyük uğurlar əldə etməyə imkan yaradır.
Müsabiqə yüksək səviyyədə təşkil edilib və iştirak edən hər bir şagirdin fərdi inkişafına təkan verəcək. Bu cür tədbirlər, məktəblərdə təhsil keyfiyyətinin yüksəldilməsi və şagirdlərin rəqabətqabiliyyətli olmasının təmin edilməsi baxımından mühüm rol oynayır.