Bilik yarışı

6 fevral tarixində 2024-2025-ci tədris ilinin Fəaliyyət Planına əsasən Tarix-Coğrafiya aylığının yekunu kimi VIII siniflər arasında bilik yarışı təşkil olunmuşdur. Yarış "Kahoot" platforması üzərindən məktəbin tarix müəllimi Xələfov Həsən tərəfindən hazırlanmışdır. Tədbirdə məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Gülsən Soltanova da iştirak etmişdir.
Şagirdlərin bilik və bacarıqlarının qiymətləndirilməsi məqsədilə təşkil edilən bu yarış yüksək rəqabət şəraitində keçirilmiş və nəticələr aşağıdakı kimi olmuşdur:
I yer – 8D sinfi
II yer – 8A sinfi
III yer – 8E sinfi
Digər iştirakçılar isə fəal iştiraka görə təşəkkürnamə ilə təltif edilmişdir.
Bu tədbir şagirdlərin tarix fənninə marağını artırmaqla yanaşı, onların analitik düşünmə, sürətli qərarvermə və komanda işi bacarıqlarının inkişafına töhfə vermişdir.