Şagirdlərin kitabxanaya ekskursiyası

Bu gün məktəbimizin 3F və 1D sinif şagirdlərinin kitabxanaya ekskursiyası təşkil olunmuşdur. Ekskursiyanın əsas məqsədi şagirdlərin kəşflər və ixtiralar haqqında biliklərini artırmaq və onların mütaliəyə marağını daha da gücləndirmək idi.
Ekskursiya zamanı sinif rəhbərləri və kitabxana əməkdaşı şagirdlərə həm kitablardan, həm də internet resurslarından istifadə edərək faydalı məlumatlar təqdim etdilər. Şagirdlər özləri üçün vacib qeydlər apararaq biliklərini daha da möhkəmləndirdilər.
Bundan əlavə, onlar tarixi və əlamətdar günlərə həsr olunmuş kitab sərgiləri ilə də tanış oldular. Ekskursiyanın sonunda kiçik yaşlı məktəblilər asudə vaxtlarında daha çox kitab oxuyacaqlarına söz verdilər və yüksək əhval-ruhiyyə ilə kitabxanadan ayrıldılar.