"Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə 2024-cü ilin ən yaxşı müəssisəsi (təşkilatı)" müsabiqəsi

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının təşkil etdiyi "Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə 2024-cü ilin ən yaxşı müəssisəsi (təşkilatı)" müsabiqəsinin rayon mərhələsində Sabunçu rayonu üzrə 28 nömrəli tam orta məktəbin fəal həmkarlar üzvü İsmayılova Xəyalə Tofiq qızı qalib gələrək Respublika mərhələsində seçim turuna vəsiqə qazanmışdır.
Müəllimimizi bu uğuru münasibətilə təbrik edir, ona gələcək fəaliyyətində uğurlar arzulayırıq!