Dünya Ekoloji Təhsil Günü ilə əlaqədar şagirdlərlə maarifləndirici görüş keçirilib.

Dünya Ekoloji Təhsil Günü ərəfəsində növbəti maarifləndirici görüş Bakı şəhər Sabunçu rayon 28 nömrəli tam orta məktəbdə keçirilib.

Orta məktəb şagirdlərinin ətraf mühit sahəsində bilik və bacarıqlarının artırılması, ekoloji təhsilə diqqət çəkmək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən uşaqlara ətraf mühitin mühafizəsi, tullantıların düzgün idarə edilməsi, qənaət vərdişləri barədə məlumatlar verilib, onları maraqlandıran suallar cavablandırılıb.

Eyni zamanda, Bakı şəhər Sabunçu rayon 28 nömrəli tam orta məktəb “Batareyaları ver, təbiəti qoru” layihəsinə qoşulmuş və görüş çərçivəsində 20 kq batareya təhvil vermişdir. Müəllim və şagirdlərə təşəbbüsə dəstək verdikləri üçün təşəkkür edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi