İnformatika Aylığı Çərçivəsində Neon Sənət Muzeyinə Səfər

İnformatika aylığı münasibətilə məktəbin informatika müəllimləri və bir qrup şagird, "Farhouse" Neon Evin-Muzeyinə səfər ediblər.

"Farhouse" ev-muzeyi Azərbaycanın Novxanı kəndində yerləşən ilk və yeganə neon muzeyidir. Muzeyin yaradılması 2015-ci ildə Fərid Ələkbərov tərəfindən həyata keçirilmişdir. Burada ziyarətçilər, neon sənətinin müxtəlif ekspozisiyaları ilə tanış olaraq, bu xüsusi sənət növünün incəliklərinə dair dəyərli məlumatlar əldə edirlər.

Məktəbimizin informatika müəllimi Aygün Mehtiyeva  8ci sinif şagirdləri ilə birgə neon muzeyə səfər ediblər.Səfərin məqsədi, şagirdlərə müasir texnologiya və sənətin birləşdiyi sahələr haqqında geniş biliklər təqdim etmək və onların yaradıcılıq potensialını daha da inkişaf etdirməkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi