Müəllimimizin uğuru

Ümumi təhsilin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması, təhsil işçilərinin bu sahədə rəy və mülahizələrinin öyrənilməsi, qabaqcıl təcrübəyə malik, yaradıcı və yenilikçi müəllimlərin müəyyən edilməsi, onların təcrübəsinin təbliği və qabaqcıl müəllimlər bazasının yaradılması məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən “Yaradıcı müəllim: yaradıcı tətbiqetmə” mövzusunda təqdimat müsabiqəsi təşkil edilib.

Bu müsabiqədə məktəbimizin biologiya müəllimi İlahə Əhmədova 5 noyabr 2024-cü il tarixində "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi" mövzusunda təqdimatla iştirak edib. Fəal iştirakı və uğurlu çıxışına görə 31 yanvar 2025-ci il tarixində təşəkkürnamə ilə təltif olunub.

Müəllimimizi təbrik edir,gələcək fəaliyyətlərində uğurlar arzu edirik!!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi