Pedaqoji Şura iclası
2024-2025-ci tədris ilinin I yarımilinin yekunları və II yarımilə hazırlıqla bağlı Bakı şəhər Sabunçu rayon 28 nömrəli tam orta məktəbdə Pedaqoji Şura iclası keçirildi.
İclas Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olundu. Daha sonra Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə cari məsələlər müzakirə olundu və bildirildi ki, iclasın əsas məqsədi I yarımilə dair fəaliyyətin təhlil edilməsi, qarşıda duran vəzifələr barədə fikir mübadiləsi aparılması və kollegial qərarların qəbul edilməsidir.
Məktəbin direktor müavinləri – Gülsən Soltanova, Xəyalə Aslanova, Kənan Quliyev və Xəyalə Oruclu görülən işlər barədə hesabatlarını təqdim etdilər.
İclasda təhsilin inkişaf planına uyğun olaraq təhsilin keyfiyyətinin artırılması istiqamətində həyata keçirilən tədbirlər, məktəbdə sağlam və təhlükəsiz mühitin yaradılması,şagird təhlükəsizliyinə nəzarətin gücləndirilməsi,müəllimlərin etik davranış qaydalarına riayət etməsi, psixoloji işlərin təşkili və monitorinqlərin təhlili,dərsə davamiyyətin nəzarətdə saxlanılması,müəllim-şagird-valideyn münasibətlərinin düzgün qurulması kimi məsələlər ətrafında geniş müzakirələr aparıldı.
Sonda fəaliyyəti ilə fərqlənən müəllimlərə təşəkkürnamələr təqdim edildi.