Yanvarın 27-28-də Məktəbin Fənn Metodbirləşmələrinin İclası Keçirilib
Yanvar ayının 27 və 28-də məktəbimizdə fənn metodbirləşmələrinin iclası təşkil olunmuşdur. İclasda, yarımil ərzində metodbirləşmələrin gördüyü işlər və qarşılaşılan problemlər müzakirə edilmiş, həmçinin təlim-tərbiyə işinin təşkilində metodbirləşmələrin rolu barədə məlumatlar verilmişdir.
İclasda, məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Soltanova Gülsən müəllimin fəaliyyətində tərbiyənin roluna dair çıxış etmiş, təlim-tərbiyə işləri üzrə digər direktor müavini Quliyev Kənan isə müəllim davranış qaydalarının pozulması və bunun fəsadlarına dair ətraflı məlumat vermişdir.
İclasa metodbirləşmə üzvlərinin 97 faizi qatılmış, müəllimlər arasında konstruktiv müzakirələr aparılmışdır.
Məktəbin psixoloqu Məmmədova Aynur da iclasda iştirak etmişdir.
Bu cür iclaslar, məktəbimizin təhsil və tərbiyə işlərini daha da inkişaf etdirmək və müasir tələblərə uyğunlaşdırmaq məqsədinə xidmət edir.