I yarımil üzrə Böyük Summativ Qiymətləndirmələrə start verildi.
Bakı şəhəri,Sabunçu rayonu 28 nömrəli tam orta məktəbdə 2024-2025-ci tədris ilinin I yarımili üzrə Böyük Summativ Qiymətləndirmələr (BSQ) keçirilir.
Böyük summativ qiymətləndirmələrin(BSQ) keçirilməsində əsas məqsəd müvafiq məzmun və dəyərləndirmə standartları əsasında hazırlanmış vasitələrlə şagirdlərin nailiyyətlərini müəyyən etmək və onların bilik və bacarıqlarını obyektiv şəkildə yoxlamaqdır. Böyük summativ qiymətləndirmələrin nəticələri 100 ballıq şkala ilə ölçülür və əldə edilmiş ballar şagirdlərin yarımillik qiymətləri kimi qəbul edilir. Qiymətləndirmə müddəti təhsil səviyyəsinə uyğun olaraq ibtidai təhsil səviyyəsində 45 dəqiqə, ümumi orta və tam orta təhsil səviyyəsində isə 45-90 dəqiqə ərzində keçirilir. BSQ IV, IX və XI siniflərdə bütün fənlər üzrə, V, VI, VII, VIII və X siniflərdə isə yalnız buraxılış imtahanları keçiriləcək fənlər üzrə aparılır. Bu qiymətləndirmələr şagirdlərin ümumi təhsil nailiyyətlərini obyektiv şəkildə dəyərləndirmək məqsədini daşıyır.
Böyük summativ qiymətləndirmələrin təşkili ilə bağlı məktəb rəhbərliyi tərəfindən Təşkilat, Nəzarət və Yoxlama Komissiyaları yaradılıb.
Böyük summativ qiymətləndirmələrin keçirilmə qrafiki təsdiqlənərək şagird və valideynlərin nəzərinə çatdırılıb.
Böyük summativ qiymətləndirmələr davam edir.