FISO Beynəlxalq İngilis Dili Olimpiadası
FISO Beynəlxalq İngilis Dili Olimpiadası, şagirdlərin ingilis dili bacarıqlarını beynəlxalq səviyyədə sınamaq və inkişaf etdirmək üçün əhəmiyyətli bir platformadır. Bu il keçirilən olimpiadada məktəbimizin şagirdləri yüksək nəticələr göstərərək bizi qürurlandırdılar.
Xüsusilə, 4 "B" sinif şagirdi Zəhra Babaşova bürünc medal qazanaraq böyük bir uğura imza atdı. Bu nailiyyət onun ingilis dili sahəsindəki dərin biliyini və əzmkarlığını əks etdirir.
Bundan əlavə, 5 "B" sinif şagirdi İnci Babaşova, 4 "B" sinif şagirdləri Əhmədzadə Mahir və Abbaszadə Ayan da olimpiadada fəal iştirak edərək nailiyyət sertifikatları ilə təltif olundular. Onların bu uğurları, dil öyrənməyə olan həvəslərini və səy göstərdiklərini göstərir.
Şagirdlərimizin bu cür beynəlxalq tədbirlərdə iştirak edərək yüksək nəticələr əldə etmələri, məktəbimizin tədris keyfiyyətinin və onların şəxsi səylərinin bir göstəricisidir. Onların gələcəkdə də belə uğurlar qazanacaqlarına inanır və məktəbimizin ingilis dili müəllimi Şəbnəm Tağızadə müəlliməyə təşəkkür edirik!!