"20 Yanvar - Qan Yaddaşımızdır"
Bakı şəhəri 28 nömrəli tam orta məktəbin tarix müəllimi Fəridə Məmmədovanın təşkilatçılığı ilə "20 Yanvar - Qan Yaddaşımızdır" adlı tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edildi. Daha sonra şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.
Tədbir çərçivəsində 20 Yanvar faciəsi ilə bağlı şagirdlərə ətraflı məlumat verildi. O günün dəhşətlərini əks etdirən şeirlər və mahnılar səsləndirildi, habelə faciənin mənəvi dəyərini əks etdirən təsirli kompozisiyalar təqdim olundu. Tədbir şagirdlərin və müəllimlərin böyük marağı ilə qarşılandı və vətənpərvərlik ruhunu daha da gücləndirdi.