"20 Yanvar - Qürur Yerimizdir" adlı dəyirmi masa

Bakı şəhəri 28 nömrəli tam orta məktəbdə tarix müəllimi Firuzə Ağayevanın təşkilatçılığı ilə "20 Yanvar - Qürur Yerimizdir" adlı dəyirmi masa keçirildi. Tədbirdə şagirdlər bir-birindən maraqlı təqdimatlarla çıxış edərək öz biliklərini və düşüncələrini bölüşdülər.  

Tarix müəllimi Firuzə Ağayeva 20 Yanvar hadisələri ilə bağlı ətraflı məlumat verərək faciənin tarixi əhəmiyyəti və qəhrəmanlıq nümunələri haqqında danışdı. Tədbir zamanı 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Həmçinin, faciənin dəhşətlərini və xalqımızın mübariz ruhunu əks etdirən videoçarx nümayiş olundu. Tədbir şagirdlərə milli tariximizin bu şanlı və acı səhifəsini daha dərindən anlamağa imkan yaratdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi