15 yanvar tarixində Bakı şəhəri 28 nömrəli tam orta məktəbdə tarix aylığı çərçivəsində "Atalar və övladları" layihəsinə start verildi.
15 yanvar tarixində Bakı şəhəri 28 nömrəli tam orta məktəbdə tarix aylığı çərçivəsində "Atalar və övladları" layihəsinə start verildi.Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edildi və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Proqramda Şuşa Dövlət Musiqili Dram Teatrının aktyoru, məktəbin 7"D" sinif şagirdləri Nuray və Asəfin atası Rasəf Mehdiyevin təqdimatında "Dəmir adam" tamaşası nümayiş olundu.
Vətənpərvərlik mövzusuna həsr edilmiş tədbirdə şəhid ailələri və qazilər iştirak edirdi. Qonaqlar arasında Şəhid Muradov Siyavuşun anası Ayna Muradova, Şəhid İsmayılov Elvinin həyat yoldaşı Şəhla Mirzəyeva, Şəhid Səbuhi Əliyevin həyat yoldaşı və övladları, Şəhid Sadiq Feyziyevin həyat yoldaşı və övladları da yer alırdı.
Eyni zamanda qazilər Cəfərov Qalib, Hüseynov Orxan, Məmmədov Ülvin, Vəlişov Rakif və Hüseynov Tural tədbirə dəvət olunmuşdular. Onlar çıxış edərək bu təşəbbüsü yüksək qiymətləndirib, belə tədbirlərin şagirdlərin gələcək həyat yolunda əhəmiyyətini xüsusi vurğuladılar.
Bu tədbir, tarix və vətənpərvərlik dəyərlərinin gənc nəsilə aşılanmasında böyük rol oynadı.