Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasına Maraqlı Ekskursiya

13 yanvar 2025-ci il tarixində məktəbin kitabxana müdiri İradə Məmmədova, ibtidai sinif müəllimləri Təranə Qunuşova və Leyla Qasımovanın təşəbbüsü ilə 4a və 4f sinif şagirdlərinin Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasına ekskursiyası təşkil edilmişdir.  

Tədbirin əsas məqsədi kiçik yaşlı məktəblilərin mənəvi tərbiyəsini möhkəmləndirmək, onların intellektual dünyagörüşlərini genişləndirmək və elmə, biliyə, kitablara olan marağını artırmaq olmuşdur. Bu mənalı görüş həmçinin ölkəmizin ilk və ən böyük uşaq kitabxanasının 60 illik yubileyinə təsadüf etməsi ilə daha da əlamətdar olmuşdur.  

Ekskursiya zamanı şagirdlər kitabxananın Oxu və Abonoment zallarında maraqlı kitablarla tanış olmuş, kitabxana əməkdaşlarının təqdim etdiyi ətraflı və maraqlı məlumatları dinləmişlər. Onların bu zəngin mədəniyyət məkanı ilə tanışlığı böyük maraq doğurmuş, şagirdlər kitabxanadan unudulmaz təəssüratlarla ayrılmışlar.  

Bu cür tədbirlər məktəblilərin kitab oxuma vərdişlərini formalaşdırmaqla yanaşı, onların biliklərə olan marağını daha da artırır və təhsil həyatına mühüm töhfə verir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi