Daxili İşlər Nazirliyinin Polis Akademiyasının nümayəndəsi və Sabunçu Rayon Polis İdarəsinin əməkdaşının iştirakı ilə görüş keçirildi.
07 yanvar 2025-ci il tarixində Sabunçu rayonu Bakı şəhəri 28 nömrəli tam orta məktəbində IX-XI sinif şagirdləri ilə Daxili İşlər Nazirliyinin Polis Akademiyasının nümayəndəsi və Sabunçu Rayon Polis İdarəsinin əməkdaşının iştirakı ilə görüş keçirildi.
Tədbirin əsas məqsədi şagirdləri DİN sistemində təhsilə və xidmətə həvəsləndirmək idi. Görüş zamanı Polis Akademiyasına qəbul qaydaları, burada mövcud olan maddi-texniki və sosial imkanlar barədə geniş məlumat verildi.
Eyni zamanda, şagirdlərə gələcəkdə dövlətə və vətənə sadiq olmaq, sağlam ruhda böyümək və milli dəyərlərə bağlı bir həyat tərzi sürməyin əhəmiyyəti vurğulandı. Bu cür tədbirlər gənclərin karyera seçimlərində düzgün istiqamətlənməsinə və onların məsuliyyətli vətəndaş kimi yetişməsinə dəyərli töhfə verir