Elm və təhsil naziri Emin Əmrullayev ümumi təhsil müəssisələrinin direktorları ilə görüş keçirib.

Elm və təhsil naziri Emin Əmrullayev ümumi təhsil müəssisələrinin direktorları ilə görüş keçirib. Görüşdə 2024-cü ildə təhsildə əldə olunan nailiyyətlər, islahatların əsas istiqamətləri və gələcək hədəflər müzakirə olunub.

 Nazir ümumi təhsildə keyfiyyətin artırılmasına yönəlmiş tədbirlərin əhəmiyyətini vurğulayaraq, məktəb idarəetməsində yenilikçi yanaşmanın vacibliyini qeyd edib.  

Görüş zamanı təhsilverənlərin sertifikatlaşdırılması, məktəb-icma əməkdaşlığının gücləndirilməsi, inklüziv təhsilin təşviqi və psixoloji xidmətlərin inkişafı kimi mövzular diqqət mərkəzində olub. Təhsil müəssisələrində sağlam psixoloji mühitin qorunması və neqativ halların qarşısının alınması ilə bağlı təkliflər irəli sürülüb.  

     Məktəbimizin direktoru, fəlsəfə üzrə elmlər doktoru Qənirə Əmircanova görüşdə müzakirə olunan əsas məsələləri məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavinlərinə çatdırıb. O, məktəbin fəaliyyətinin təkmilləşdirilməsi üçün tövsiyələrə əməl etməyin vacibliyini qeyd edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi