"Naxçıvanın 100 illiyi" mövzusunda Kahoot platformasında bilik yarışı

Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, Bakı şəhər Sabunçu rayonu 28 nömrəli tam orta məktəbdə "Naxçıvanın 100 illiyi" mövzusunda Kahoot platformasında 9B sinfinin iştirakı ilə bilik yarışı təşkil edilib. Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.  

Yarışda məktəb rəhbərliyindən təlim-tərbiyə işləri üzrə direktor müavini Gülsən Soltanova və təşkilati işlər üzrə direktor müavini Xəyalə Oruclu iştirak ediblər. Bilik yarışının sualları məktəbin tarix müəllimi Həsən Xələfov tərəfindən hazırlanıb. Tədbir həm maarifləndirici, həm də şagirdlərin Naxçıvanın tarixi və əhəmiyyəti haqqında biliklərini artırmaq məqsədi daşıyıb

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi