Bullinq və digər xoşagəlməz halların qarşısının alınması mövzusunda maarifləndirici seminar

20 dekabr 2024-cü il tarixində Maştağa Mədəniyyət Mərkəzində şagirdlər arasında bullinq və digər xoşagəlməz halların qarşısının alınması mövzusunda maarifləndirici seminar keçirilmişdir. Tədbirdə məktəbin məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısı Xəyalə Oruclu, psixoloqlar Aynur Məmmədova və Nuranə Orucova, həmçinin valideyn nümayəndəsi Səkinə Hüseynova iştirak etmişlər.  

Seminar çərçivəsində "Uşaq və yeniyetmələrin asudə vaxtının təşkili", "Suisid" və "Uşaqlara qarşı zorakılıq" mövzuları ətrafında geniş məlumat verilmiş, şagirdlərin və valideynlərin diqqətinə vacib tövsiyələr çatdırılmışdır. Tədbir, uşaqların sağlam psixoloji mühitdə inkişafını təmin etmək və neqativ halların qarşısını almaq məqsədini daşıyıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi