Riyaziyyat-informatika aylığı çərçivəsində "Dördbucaqlılar dünyasına səyahət" adlı tədbir
2024-2025-ci tədris ilində dekabr ayı Riyaziyyat-informatika aylığı çərçivəsində məktəbin riyaziyyat müəllimi Rzayeva Günel tərəfindən 6D sinif şagirdlərinin iştirakı ilə "Dördbucaqlılar dünyasına səyahət" adlı tədbir keçirilib.
Tədbir Azərbaycan dövlət himninin səsləndirilməsi ilə başlayıb və sonra şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə şagirdlər "Dördbucaqlıların səyahəti" və "Fiqurların rütbəsi" adlı səhnəciklər təqdim ediblər. Bu səhnəciklərdə iştirak edən şagirdlərə, hər bir dördbucaqlının özünəməxsus xüsusiyyətləri olduğu kimi, insanların da özəl və unikal cəhətləri olduğu izah edilib. Tədbirin sonunda isə şagirdlərin hazırladıqları plakatlarla şəkil çəkilib.