“Fövqəladə hallar uşaqların gözü ilə" XII respublika uşaq yaradıcılıq müsabiqəsi
Dekabrın 18-də Fövqəladə Hallar Nazirliyi və Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilmiş “Fövqəladə hallar uşaqların gözü ilə" XII respublika uşaq yaradıcılıq müsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimi olub.
Tədbirdə fövqəladə hallar naziri Kəmaləddin Heydərov, gənclər və idman naziri Fərid Qayıbov, elm və təhsil nazirinin müavini Həsən Həsənli, Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin sektor müdiri Həmid Nəsirov, Azərbaycan Gənclər Fondunun icraçı direktoru vəzifəsini müvəqqəti icra edən Qədir Xəlilov, müsabiqə qalibləri və digər qonaqlar iştirak ediblər.
Müsabiqənin yekununda qaliblərə fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.
Məktəbimizin 8G sinif şagirdi Reyhan Rüstəmova “Yanğın söndürənlərə dəstək olaq” və “Körpənin xilası” adlı rəsimləri ilə adını qaliblər sırasına yazdırıb və III yerə layiq görülüb. O, fəxri fərman və hədiyyə ilə təltif edilib.
Bu uğura görə rəsim müəllimimiz Səkinə Hüseynovaya təşəkkür edir, şagirdimizə gələcək fəaliyyətində uğurlar arzu edirik!