Naxçıvan Muxtar Respublikasının yaradılması mövzusunda dəyirmi masa
Məktəbimizin tarix müəllimləri XX əsrin əvvəllərində Naxçıvanın geosiyasi mövqeyi, baş verən siyasi hadisələr və Naxçıvan Muxtar Respublikasının yaradılması mövzusunda dəyirmi masa keçiriblər. Tarix müəllimi Fəridə müəllimə şagirdlərə Naxçıvan Muxtar Respublikasının tarixi, Naxçıvanda qədim insan məskənləri və ilkin şəhər mərkəzlərinin yaranması barədə məlumat verib. O, həmçinin slayd nümayiş etdirərək mövzunu daha ətraflı izah edib. Bu dəyirmi masa şagirdlər üçün əhəmiyyətli məlumatların əldə edilməsinə və regionun tarixi haqqında daha geniş biliklərin formalaşmasına səbəb olub.