Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş dəyirmi masa

18 dekabr 2024-cü il tarixində kitabxananın Oxu zalında  kitabxana müdiri İradə Məmmədova və 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin əməkdaşı İradə Hacıyevanın  təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirildi. 
Tədbirdə məktəbin Təlim - Tərbiyə İşləri üzrə direktor müavini Gülsən Soltanova və tarix müəllimi Həsən Xələfov 7 g sinif şagirdlərinə Naxçıvanın geosiyasi mövqeyi, XX əsrin əvvəllərində baş verən siyasi hadisələr, Naxçıvan Muxtar Respublikasının yaradılması, Naxçıvanın qədim tarixi, mədəni irsi və tarixi abidələri haqqında maarifləndirici söhbət apardılar və slayd nümayiş etdirildi.
Dəyirmi masanın keçirilməsində məqsəd Naxçıvanın zəngin tarixi, mədəni irsi və tarixi abidələri, etimologiyası barədə şagirdləri maarifləndirmək, görkəmli siyasi və dövlət xadimlərinin xidmətlərini şagirdlərin diqqətinə çatdırmaqdır.
Sonda şagirdlər kitabxanada  “Şərqin qapısı - Naxçıvan” başlıqlı kitab sərgisində olan kitablarla və dövri mətbuatla  ilə tanış oldular.
#Naxçıvan #100il #edutehsil#mekteb28

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi