“International Math Challenge” beynəlxalq riyaziyyat olimpiadasında şagirdimizin uğuru
Bakı şəhəri, Sabunçu rayonu, 28 saylı tam orta məktəbin 6-cı sinif şagirdi Aqşin Həsənzadə, dünyanın 140-dan çox ölkəsində keçirilən və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən tanınan “International Math Challenge” beynəlxalq riyaziyyat olimpiadasında uğurla iştirak edərək adını qaliblər sırasına yazdırıb. Aqşin, 30 sualdan 19-nu düzgün cavablandırmaqla müsabiqənin qalibi olub və bürünc medal qazanıb.
Şagirdimizi təbrik edirik!