MONİTORİNQ
Dekabrın 5-də məktəbin illik Fəaliyyət Planına əsasən, 9-cu siniflərdə ana dili, riyaziyyat və xarici dil fənləri üzrə şagirdlərin bilik, bacarıq və vərdişlərə yiyələnmə səviyyəsi qiymətləndirildi. Həmçinin, şagirdlərin buraxılış test imtahanlarına hazırlığının təmin edilməsi məqsədilə onların pedaqoji və psixoloji cəhətdən vəziyyəti araşdırıldı və monitorinq keçirildi.
Keçirilən monitorinqin əsas məqsədi şagirdlərin təlim nəticələrini təhlil etmək, bu istiqamətdə müvafiq tədbirlər görmək, buraxılış fənləri üzrə keyfiyyəti artırmaq, məktəb özünüqiymətləndirməsini formalaşdırmaq və onun tətbiqi üçün zəmin yaratmaqdan ibarətdir.