Polis Akademiyasının Nümayəndələri 28 nömrəli Tam Orta Məktəbdə Şagirdlərlə Görüşdü

Bakı şəhəri 28 nömrəli tam orta məktəbin X və XI sinif şagirdləri, Polis Akademiyasının nümayəndələri ilə keçirilən görüşlərdə iştirak ediblər. Polis Mayoru Rafiq İsmayılovDİN Polis Akademiyasının baş müəllimi, polkovnik-leytenant Cavanşir Mayılov hər bir siniflə ayrı-ayrılıqda görüşərək, şagirdlərə Polis Akademiyasının təklif etdiyi təhsil imkanları və bu sahədəki karyera perspektivləri barədə məlumat veriblər. Onlar akademiyanın yüzillik təcrübəsi, təhsil proqramları və məzunlara işlə təmin olunma, həmçinin yüksək rütbələrlə təltif edilmə imkanı kimi mövzuları geniş şəkildə izah ediblər.

Qonaqlar, şagirdlərə Polis Akademiyasının özəlliklərini, o cümlədən dövlət hesabına qidalanma, müasir tədris metodları, idman zalları və elektron kitabxanalar kimi imtiyazları da qeyd ediblər. Bu görüşlər, şagirdlərə gələcəkdə hüquqşünaslıq və polis sahəsində peşəkar karyera seçməklə bağlı məlumat verərək, onları bu sahəyə olan maraqlarını artırmağa və gələcək seçimləri üçün doğru istiqamət göstərməyə kömək edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi