PEDAQOJİ ŞURA İCLASI KEÇİRİLDİ.


30 Noyabr 2024-cü il tarixində Bakı şəhəri, Sabunçu rayonu, 28 nömrəli tam orta məktəbin kollektivi ilə növbəti Pedaqoji Şura iclası keçirilmişdir.

İclas, məktəbin direktoru, pedaqogika üzrə fəlsəfə doktoru Qənirə Əmircanovanın çıxışı ilə başlamışdır. Direktor, pedaqoji heyəti salamlayaraq, iclasın gündəliyi barədə müəllimləri məlumatlandırmışdır. Həmçinin, direktor çıxışında korrupsiyayla mübarizə mövzusuna da toxunmuşdur. O, məktəbdə şəffaflıq və dürüstlük prinsipinin əsas götürüldüyünü vurğulayaraq, bütün əməkdaşları qanunlara və etik qaydalara uyğun fəaliyyət göstərməyə çağırmışdır. Direktor bu istiqamətdə hər hansı bir şübhəli fəaliyyətin qarşısının alınması üçün ciddi nəzarət mexanizmlərinin mövcud olduğunu və bütün müəllimlərin bu məsələdə həssas olmasının vacibliyini qeyd etmişdir.

İclasda direktor müavinlərinin hesabatları dinlənilmişdir. Direktor müavinləri Gülsən Soltanova və Kənan Quliyev dərs dinləmələri haqqında məlumat verərək, həmin proseslə bağlı müşahidə və tövsiyələrini paylaşmışlar. Daha sonra, Kimya və Biologiya aylığı çərçivəsində görülən işlər haqqında hesabat təqdim edilmişdir.

Pedaqoji Şuranın əsas məqsədi, pedaqoji kollektivin hər bir üzvünü müəssisənin idarə olunmasına fəal şəkildə cəlb edərək, qarşıda duran aktual məsələləri demokratik şəraitdə müzakirə etmək olmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi