"Reproduktiv Sağlamlıq Proqramı" çərçivəsində valideynlərlə görüş
Bakı şəhəri 28 nömrəli tam orta məktəbməktəbin psixoloqu Aynur Məmmədova tərəfindən Reproduktiv Sağlamlıq Proqramı çərçivəsində 8 -ci sinif və 9-cu sinif şagirdlərinin valideynləri ilə görüş keçirilib.
Görüşün məqsədi, valideynləri reproduktiv sağlamlıq mövzusunda maarifləndirmək, onların uşaqlarının sağlamlıq və inkişaf proseslərinə daha diqqətli yanaşmalarını təmin etmək, eyni zamanda şagirdlərin sağlamlıqla bağlı düzgün məlumatlar əldə etmələrinə dəstək olmaqdır. Psixoloq Aynur Məmmədova, proqram çərçivəsində valideynlərə sağlam həyat tərzinin təşviq olunması, cinsi təhsilin vacibliyi, sağlamlıqla bağlı yanlış məlumatların aradan qaldırılması və valideynlərin bu məsələlərdə şagirdlərə necə dəstək ola biləcəyi barədə geniş məlumat verib.