4G sinfi Hərbi Qənimətlər Parkını və Fəxri Xiyabanı ziyarət ediblər
2 noyabrda Zəfər Günü ilə əlaqədar Bakı şəhəri 28 nömrəli tam orta məktəbin 4G sinif şagirdləri Hərbi Qənimətlər Parkını və Fəxri Xiyabanı ziyarət etdilər.*
Açıq səma altında qurulan parkda şagirdlər 44 günlük Vətən müharibəsi zamanı düşməndən qənimət götürülən hərbi texnika, ermənilərin tərk etdiyi atıcı silahlar, ağır texnikalar, raket kompleksləri, hərbi nəqliyyat vasitələri və digər sursatları yaxından gördülər. Azərbaycan Silahlı Qüvvələrinin işğaldan azad olunan torpaqlarda düşməndən götürdüyü 2000-dən çox avtomobilin nömrə nişanlarından hazırlanmış lövhə də şagirdlərin diqqətini çəkdi.
Daha sonra sinif rəhbəri Fəridə Məmmədova çıxış edərək, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı tarixi qələbədən və əsgər və zabitlərimizin bu qələbədə oynadığı roldan bəhs etdi. O, gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsinin önəmini vurğuladı.