Təbiət Tarixi Muzeyinə ekskursiya

Bu gün məktəbimizin 8D sinif şagirdləri, sinif rəhbəri Esmira Həsənovanın və biologiya müəllimi İlahə Əhmədovanın iştirakı ilə Zərdabi adına Təbiət Tarixi Muzeyini ziyarət ediblər. Muzeyin ekspozisiyasında Azərbaycanın zəngin təbii sərvətləri əks olunub. Muzey zoologiya, paleontologiya və geologiya bölmələrindən ibarətdir. Zooloji bölmə faunanın onurğasız və onurğalı növlərini – balıqlar, suda və quruda yaşayanlar, sürünənlər, quşlar və məməlilər – təqdim edir. Paleontologiya bölməsi xüsusi maraq doğurur, çünki burada Binəqədi qır gölündən tapılmış onurğalı heyvanların skelet qalıqları kimi nadir eksponatlar sərgilənir. Geoloji bölmədə isə Azərbaycanın faydalı qazıntıları nümayiş etdirilir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi