Heydər Əliyev Mərkəzinə ekskursiya
Elm və Təhsil Nazirliyi ilə MÜTDA arasında bağlanmış əməkdaşlıq müqaviləsinə əsasən, məktəblilərin asudə vaxtının səmərəli təşkili və Heydər Əliyev irsinin dərindən öyrənilməsi məqsədilə Heydər Əliyev Mərkəzinə interaktiv ekskursiyalar təşkil olunur. Bu çərçivədə 13 oktyabr tarixində məktəbimizin 8E və 8C sinifləri, sinif rəhbərləri Leyla Cəfərova və Zəhra Qəribova, həmçinin təşkilatçı müavin Xəyalə Oruclunun rəhbərliyi ilə ümumilikdə 60 şagirdin iştirakı ilə Heydər Əliyev Mərkəzinə maraqlı və maarifləndirici ekskursiya həyata keçirilib.