Şagirdimiz Yusifzadə İsmayılın İdman Uğuru!

Bakı şəhər Sabunçu rayonu 28 nömrəli tam orta məktəbin şagirdi Yusifzadə İsmayıl, Modera İdman Klubunun təşkil etdiyi açıq birincilik yarışında kiçik yaşlı yeniyetmələr arasında 34 kq çəkidə  1-ci yeri qazanaraq diplom və medalla təltif edilmişdir.

Şagirdimizin bu uğuru həm məktəbimiz, həm də onun gələcək inkişafı üçün böyük bir nailiyyətdir. Bu qələbə, İsmayılın təhsil və idman sahələrində göstərdiyi əzmin və zəhmətin bariz nümunəsidir. Ona gələcək fəaliyyətlərində də uğurlar arzulayır, həm təhsildə, həm də idmanda yeni zirvələr fəth etməsini diləyirik.

Bu uğuru qeyd edərək, bütün şagirdlərimizi həm akademik, həm də idman sahəsində fəal olmağa, müvəffəqiyyətlərə nail olmağa səsləyirik. Şagirdimizi bir daha təbrik edirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi