Bakı şəhəri Sabunçu rayonu 28 nömrəli tam orta məktəbdə "Yaşıl dünya naminə həmrəylik" mövzusunda dərs keçirildi

2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan olunması ilə əlaqədar Elm və Təhsil Nazirliyinin müvafiq əmri əsasında Bakı şəhəri Sabunçu rayonu 28 nömrəli tam orta məktəbdə oktyabr ayı ərzində "Məktəblərdə ekologiya ayı" layihəsi çərçivəsində müxtəlif tədbirlər keçirilir. Layihənin məqsədi şagirdlərin ətraf mühitin qorunması, yaşıllıqların artırılması və dayanıqlı enerji mənbələrinin səmərəli istifadəsi istiqamətində maarifləndirilməsidir. 10 oktyabr tarixində məktəbin Təsviri İncəsənət müəllimi Səkinə Hüseynova şagirdləri ilə birlikdə "Yaşıl dünya naminə həmrəylik" mövzusunda dərs keçirdi. Dərs zamanı şagirdlər ətraf mühitin qorunması və yaşıllıqların bərpası ilə bağlı öz təsvirlərini nümayiş etdirərək mövzu ətrafında maraqlı müzakirələr apardılar. Tədbir məktəbdə ekoloji maarifləndirmənin artırılmasına və şagirdlərdə təbiətə qarşı məsuliyyət hissinin formalaşdırılmasına xidmət edir. Şagirdlər öz yaradıcılıq işləri ilə ekoloji maarifləndirməyə dəstək verərək gələcəyin yaşıllıqlarını qorumaq üçün ilk addımlarını atdılar.

 

#YaşılDünya #Həmrəylik #Ekologiya #EkolojiMaarifləndirmə #GeleceyinYaşıllığı #SabitEnerji #TəbiətQorunması #MəktəblərdəEkologiya #SabunçuRayonu #İncəsənətDərsləri #Təhsil #MühitQoruma #GözəlTəbiət #COP29

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi