Məktəbəhazırlıq qruplarında tədris prosesi başladı

Məktəbəhazırlıq qruplarında tədris prosesi başladı.

Oktyabrın 1-dən 2024-2025-ci tədris ili üzrə məktəbəhazırlıq qruplarında məşğələlər başlayıb. 

11 iyul tarixindən bu günə qədər ümumilikdə 93000-dən çox uşaq elektron sistem vasitəsi ilə məktəbəhazırlıq qrupların qəbul edilib.

Qeyd edək ki, məktəbəhazırlıq uşaqlarda oxumaq həvəsini, onların məktəbə müsbət emosional münasibətinin formalaşdırılmasını, məktəbə müvəffəqiyyətlə adaptasiya olunması üçün onlarda şəxsi-sosial xüsusiyyətlərin formalaşdırılmasını və birinci sinfə adaptasiyasını təmin edir.

Uşaqların məktəbəhazırlıq qruplarına ən azı 1 il getməsi məhz bu məqsədə çatmaq üçün zəruri addımlardan biridir.
  
Bakı şəhəri 28 nömrəli tam orta məktəbdə 5 məktəbəhazırlıq qrupu fəaliyyət göstərəcək, 150 uşaq  təhsil alacaq. Bütün uşaqlara uğurlar arzulayırıq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi