2A sinfi 27 Sentyabr Anım Günü qeyd edib
28 nömrəli tam orta məktəbin 2 A sinfi kitabxanada Anım gününü qeyd edib.
Şagirdlərdə vətənpərvərlik, dövlət rəmzlərinə, milli mənəvi dəyərlərimizə hörmət hissinin aşılanması, xalqımızın qəhrəmanlıq salnaməsinin təbliği, tariximizin şanlı səhifələrinə həsr olunmuş tədbirlərin keçirilməsi məqsədilə və "27 sentyabr Anım Gününün keçirilməsi" barədə BŞTİ-nin müvafiq əmrinə əsasən məktəb üzrə əmrlə Tədbirlər Planı hazırlanıb təsdiq edilmişdir.
Bu məqsədlə məktəbin kitabxanasında 2 A sinfinin "Siz can verdiz, bizlər yaşadıq" adlı Anım tədbiri keçirilib.
Tədbirdə sinif rəhbəri Aysun Əliyeva, kitabxana müdiri İradə Məmmədova, tarix müəllimi Həsən Xələfov kiçikyaşlı məktəblilərə Anım gününün mahiyyəti, qəhrəman şəhidlərimizin şücaəti, bu şanlı tarixin unudulmaması barədə məlumat veriblər. Şagirdlər Anım gününə aid şeirlər söyləyiblər və rəsm nümunələri çəkiblər.
Sonda onlar kitabxanada təşkil olunmuş kitab sərgisi ilə tanış olublar.
Vətən uğrunda canından keçmiş qəhrəmanlarımızın əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır! Allah bütün şəhidlərimizə rəhmət eləsin!