27 sentyabr Anım Günü

 Təhsil Nazirliyinin əmri ilə təsdiqlənmiş “27 sentyabr Anım Günü və 8 noyabr Zəfər Günü ilə bağlı Tədbirlər Planı”na və BŞTİ-nin müvafiq əmrinə əsasən 28 nömrəli tam orta məktəbdə Anım Gününə həsr olunmuş seminarlar, mühazirələr, “Dəyirmi masa”lar, “Açıq dərs”lər, təqdimatlar, foto və rəsm sərgiləri təşkil edildi.

   Tədbir Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilərək başlayıb.Daha sonra məktəbin direktoru şagirdlərə vətən uğrunda şəhidlik zirvəsinə qalxan,canlarından keçən qorxmaz və cəsur şəhidlərdən danışıb,27 sentyabr Anım Günü barədə şagirdlərə məlumat verib.Şagirdlər qəhrəmanlıq, vətənpərvərlik mövzularını əhatə edən bir sıra şeirlər səsləndirərək, səhnəciklər nümayiş etdiriblər. 

    Dərslər Anım gününə həsr olundu, şagirdlər hazIrladıqları əl işləri və rəsmlərini nümayiş etdirdilər. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi