“Yaşıl dünya naminə həmrəylik” mövzusuna həsr edilmş dərs

Sentyabrın 16-sı II-XI siniflərdə ilk dərslər “Yaşıl dünya naminə həmrəylik” mövzusuna həsr edilib.

Müəllimlər 2024-cü ilin Cənab Prezident Ali Baş Komandan İlham Əliyevin sərəncamına əsasən “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında şagirdlərə məlumat verərək bu il ölkəmizin "COP29-a ev sahibliyi edəcəyini bildirib.

7f sinfində Azərbaycan dili və ədəbiyyat müəllimi Çinarə Tağıyeva tərəfindən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin "2024-2025 ci tədris ilinin təşkili" barədə əmrinə əsasən  "Yaşıl dünya naminə həmrəylik" mövzusuna həsr olunmuş dərsi keçirilib. Dərsdə atmosfer və atmosferi çirkləndirən mənbələr haqqında məlumat verilib, müzakirələr aparılıb, həmçinin çirklənmənin qarşısının alınma yolları haqqında danışılıb. Bundan başqa iqlim dəyişkənliyi və bunun təsirləri haqqında söhbət aparılıb. Həmçinin şagirdlər bu məsələlərlə bağlı dünya birliyinin gördüyü tədbirlər planı, həmçinin Cop29 haqqında məlumatlandırılıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi