BİLİK GÜNÜ

Məktəbimizdə sentyabrın 16-sı “Bilik günü”nə həsr olunmuş tədbir keçirilib.

 Tədbir Azərbaycan Respublikasının Dövlət Bayrağının gətirilməsi və Dövlət Himninin səslənməsi ilə başlayıb. Sonra isə Ümummilli lider Heydər Əliyevin və Vətənin azadlığı,  ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ruhu 1 dəqiqəlik sükut ilə yad edilib.

 Məktəbin direktoru Qənirə Əmircanova  ötən tədris ilinin nailiyyətlərindən, təhsilə göstərilən dövlət qayğısından, ölkəmizdə, xüsusi ilə Qarabağda aparılan abadlıq, quruculuq işlərindən, 2024-2025-ci tədris ilinin prioritet istiqamətlərindən, cari tədris ilinin ilk dərslərinin II-XI siniflərdə “Yaşıl dünya naminə həmrəylik” mövzusuna həsr edilməsindən və s. danışaraq yeni məktəbə qədəm qoyan birinciləri və valideynləri təbrik edib.

  Sonda birincilərin çıxışları dinlənilib.

  Bütün təhsil ictimaiyyətini yeni tədris ilinin başlanması münasibəti ilə təbrik edirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi