PEDAQOJİ ŞURANIN İCLASI

13.09.2024 - ci il tarixdə Məktəbin Fəaliyyət Planına uyğun olaraq növbəti Pedaqoji Şura iclası keçirildi. Pedaqoji Şuranın məqsədi pedaqoji kollektivin hər bir üzvünü müəssisənin idarəolunmasına fəal cəlb etməklə demokratik şəraitdə qarşıda duran aktual məsələləri müzakirə etməkdən ibarət idi.

İclas Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin və Şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

     Məktəbin direktoru Qənirə Əmircanova pedaqoji heyəti salamlayıb, ardınca Elm və Təhsil Nazirliyinin və BŞTİ-nin 3-29 59/3-2-451F/2024 nömrəli “Ümumi təhsil müəssisələrində 2024-2025-ci tədris ilinin təşkili” barədə əmri və fəaliyyət istiqamətini kollektivin nəzərinə çatdırıb.

    Fənn aylığı çərçivəsində görülən işlər, fənn metodbirləşmə rəhbərlərinin hesabatlarının dinlənilməsi,2024-2025 - ci tədris ilində məktəbdə IX siniflər üzrə mərkəzləşdirilmiş qaydada aparılacaq buraxılış imtahanlarına hazırlıq, şagirdlərin Respublika fənn olimpiadalarının final turuna hazırlığı və digər məsələlər müzakirə edilib.

    Təlim tərbiyə işləri üzrə direktor müaviniləri 2023-2024– cü tədris ilində görülmüş işlər və qarşıda duran məsələlər, müəllimlərin dərs yükü və dərs cədvəlinin təsdiqi, Fənlər üzrə MB rəhbərlərinin təsdiqi, Yay tədris tapşırıqlarının yerinə yetirilməsi və nəticələri,zəif nəticə göstərən şagirdlərlə işin təşkili barədə müəyyən məsləhətlər verdilər.

Daha sonra Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi nəznində Azərbaycan Respublikasının Təhsil İnstitutunun təşkil etdiyi təlimlərdə iştirak edən müəllimlərimiz sertifikat ilə təltif olundular. Müəllimlərin İşə Qəbulu müsabiqəsində yüksək bilik nümayiş etdirərək məktəbə təyinat almış müəllimlər kollektivə təqdim olundu.Yeni təyinat almış müəllimləri təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.

Sonda müəllimləri maraqlandıran suallar cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi