Bu ilki qəbul imtahanlarının nəticələri Bakı şəhər Sabunçu rayonu 28 nömrəli məktəbin məzunları üçün uğurlu olub

Bu ilki qəbul imtahanlarının nəticələri Bakı şəhər Sabunçu rayonu 28 nömrəli məktəbin  məzunları üçün uğurlu olub. Ali məktəblərə daxil olmaq üçün sənəd vermiş 87 məzundan 71 nəfəri tələbə adını qazanıb. Qəbul imtahanlarında məzunlardan 8 nəfəri 500 -dən, 2 nəfər 600 -dan, 1 nəfər isə 650 baldan yuxarı nəticə göstərib. Məktəbin məzunu Ayla Əzimli qəbul imtahanlarında  Bakı şəhəri üzrə maksimum nəticə göstərən  9 şagirdən biri olub. Ayla Əzimli 671 bal toplayaraq Azərbaycan Tibb Universitetinə daxil olub. Məktəbin məzunu Əliyev Kənan isə Qarabağ Universitetinə daxil olub. Tələbə adını qazanmış bütün məzunları təbrik edir, müvəffəqiyyətlər arzulayırıq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi